Ermənistanda zəif zəlzələ qeydə alınıb

Baş səhifə

Bu gün Ermənistanın Geğarkunik vilayətində zəlzələ baş verib. Yeraltı təkanlar Martuni şəhərindən 6 kilometr şimal-qərbdə qeydə alınıb.

Milli.Az xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyinin Ərazi Seysmomüdafiə Xidməti şəbəkəsinin yaydığı məlumata görə, yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə, maqnitudası isə 2,1 olub.

Zəlzələnin episentrində təkanların gücü 2-3 bal, Geğarkunik vilayətinin Tsakkar kəndində isə 2 bal gücündə hiss olunub.




Hadisə nəticəsində dağıntı və ya xəsarət barədə məlumat verilməyib.

Milli.Az

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir