Kallas Rusiya-ABŞ sammiti fonunda Aİ-nin XİN başçılarını görüşə çağırır

Baş səhifə

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Brüssel və Kiyevin maraqlarının nəzərə alınmasını tələb etmək üçün avqustun 11-də Ukrayna ilə bağlı Rusiya-ABŞ sammitini müzakirə etmək üçün Aİ-nin xarici işlər nazirlərinin iclasını çağırır.

“Report”un məlumatına görə, bu barədə o, “Reuters”ə bildirib.

“ABŞ və Rusiya arasında istənilən razılaşma Aİ və Ukraynanı əhatə etməlidir”, – Kallas deyib. O, bununla əlaqədar olaraq bazar ertəsi Aİ ölkələrinin xarici işlər nazirlərinin təcili iclasını çağırdığını söyləyib.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp avqustun 15-də Alyaskada Rusiya lideri Vladimir Putinlə görüşməyi planlaşdırdığını bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir