Netanyahu Trampla Qəzzanı müzakirə edib

Baş səhifə

Bak. Trend:

İsrailin baş naziri Binyamin Netanyahu ilə ABŞ prezidenti Donald
Tramp arasında telefon danışığı olub.

Trend-in
məlumatına görə, bu barədə İsrail baş nazirinin mətbuat xidməti
bildirib.

Məlumata əsasən, əsas mövzusu İsrailin Qəzza zolağı ilə bağlı
gələcək fəaliyyət planları olub.




Bildirilib ki, Netanyahu və Tramp müharibəyə son qoymaq,
girovları azad etmək və HƏMAS-ı məğlub etmək üçün İsrailin Qəzza
zolağında qalan HƏMAS-ın dayaq məntəqələrini ələ keçirmək
planlarını müzakirə ediblər.

“Baş nazir müharibə başlayandan bəri İsrailə göstərdiyi davamlı
dəstəyə görə prezident Trampa təşəkkür edib”, – deyə
bildirilib.