
Bakı. Trend:
Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda baş verən
zəlzələ zamanı uçan binanın dağıntıları altında axtarış-xilasetmə
işləri başa çatıb. Dağıntılar altından çıxarılan dörd nəfərdən
birinin həyatını xilas etmək mümkün olmayıb.
Trend-in
məlumatına görə, bu barədə Türkiyənin daxili işlər naziri Ali
Yerlikaya bildirib.
Zəlzələdən sonrakı vəziyyətlə bağlı açıqlama verən Ali Yerlikaya
bölgədə 16 tikilinin dağıldığını, onlardan sadəcə dördündə
yaşayışın olduğunu və hazırda xəsarət alan 29 nəfərin müalicəsinin
xəstəxanalarda davam etdiyini deyib.
Nazir səhərin ilk saatlarından etibarən bölgədə dəyən ziyanın
müəyyənləşdirilməsi ilə bağlı araşdırmaların başladılacağını
bildirib.
xxx
23:21
Türkiyənin Balikesir vilayətində zəlzələdən sonra uça binanın
dağıntıları altında qalan 5 nəfər xilas edilib.
Trend-in
məlumatına görə, davam edən işlər çərçivəsində dağıntılar altından
daha bir nəfər xilas edilib. Həmin şəxs təcili yardıma
aparılıb.
Xəsarət alan şəxs təcili tibbi yardım maşını ilə xəstəxanaya
aparılıb. Bildirilib ki, axtarış-xilasetmə işləri davam edir.
Bundan əvvəl daha bir nəfər də dağıntılar altından
çıxarılıb.
xxx
22:19
Türkiyədə baş verən zəlzələ nəticəsində 10 bina uçub.
Trend-in
məlumatına görə, bu barədə Sındırgı rayonunun Bələdiyyə Başçısı
Serkan Sak bildirib.
Onun sözlərinə görə, dağıntılar altında qalan 3 nəfər xilas
edilib. O qeyd edib ki, digər sakinlərin xilas etməsi üçün işlər
davam edib.
21:18
xxx
Türkiyənin Balikesir vilayətində 6,1 bal gücündə zəlzələ baş
verib.
Trend-in
məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Hallar Agentliyi
(AFAD) xəbər verib.
Məlumata əsasən, zəlzələnin ocağı 11 km dərinlikdə olub.
Bildirilib ki, zəlzələ Balıkəsir vilayəti ilə yanaşı, İzmir,
Kütahya, Yalova, İstanbul, Manisa, Uşak, Aydın, Əskişəhər, Sakarya,
Yalova və Tekirdağda da hiss olunub.
Zəlzələ nəticəsində bir binanın uçduğu bildirilib.