
Bakı. Trend:
İsrail Müdafiə Ordusu Qəzza şəhərində özünü Qətərin “Al Jazeera”
telekanalının jurnalisti kimi təqdim edən HƏMAS komandirini
zərərsizləşdirib.
Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat
xidməti bildirib.
“Bu yaxınlarda İsrail ordusu Qəzza şəhərində özünü “Al Jazeera”
telekanalının jurnalisti kimi təqdim edən Ənəs əl-Şərif adlı
terrorçunu vurub. Əl-Şərif HƏMAS-ın tərkibində terrorçu dəstəyə
rəhbərlik edib və İsrail mülki əhalisinə və əsgərlərinə raket
hücumlarına cavabdeh olub”, – deyə bildirilib.