
Bkı. Trend:
ABŞ-nin “Intel” texnologiya korporasiyasının rəhbəri Lip-Bu Tan
Ağ Evə səfər edəcək və şirkətin ABŞ prezidenti Donald Trampla
əməkdaşlığını müzakirə edəcək.
Trend-in
məlumatına görə, bu barədə “The Wall Street Journal” qəzeti xəbər
verib.
Məlumata əsasən, “ətraflı söhbət” avqustun 11-nə planlaşdırılıb.
Lip-Bu Tan “şəxsi və peşəkar səyahəti” haqqında danışmağa və
Trampın dəstəyini almağa ümid edir.
Qeyd edilib ki, texnologiya şirkətinin baş direktoru Ağ Evin
rəhbərinə hökumətlə “Intel” arasında əməkdaşlıq variantları təklif
edə bilər.