İranın Azərbaycana qeyri-neft məhsulları ixracı azalıb

Baş səhifə

Bakı. Trend:

Cari İran ilinin 4 ayı (21 mart -22 iyul 2025) ərzində İranın
Azərbaycana qeyri-neft məhsul ixracı ötən İran ilinin analoji dövrü
ilə (20 mart -21 iyul 2024) müqayisədə dəyər baxımından 24,4%, çəki
baxımından 7,11% azalıb.

Bu barədə Trend
İranın Gömrük Administrasiyasının statistikasına istinadən məlumat
verib.

Statistikaya əsasən, 4 ayda İranın Azərbaycana qeyri-neft məhsul
ixracı dəyər baxımından 178 milyon dollar, çəki baxımından 274 min
ton təşkil edib.

Statistikada bildirilir ki, ötən ilin analoji dövründə İran
Azərbaycana təxminən 236 milyon dollar dəyərində təxminən 296 min
ton qeyri-neft məhsulları ixrac edib.




Statistikada deyilir ki, İran Azərbaycana əsasən kənd
təsərrüfatı və ərzaq məhsullar, sənaye məhsulları, neft-kimya və
kimyəvi məhsullar ixrac edib.

Statistikaya görə, 4 ayda İranın Azərbaycanla ticarət dövriyəsi
182 milyon dollar dəyərində 276 min ton təşkil edib. Ticarət
dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından
25%, çəki baxımından 7,5% azalıb.

Qeyd edək ki, İranın Gömrük Administrasiyasının hesabatına
əsasən 4 ay ərzində İranın qeyri-neft məhsul ixracı 16,5 milyard
dollar dəyərində 48,8 milyon ton təşkil edib. Qeyri-neft məhsul
ixracı ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından
5,51%, çəki baxımından 1,46% azalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir