İran və AEBA yeni əməkdaşlıq çərçivəsini araşdıracaq

Baş səhifə

Bakı. Trend:

11 avqustda Tehranda İran və Atom Enerjisi üzrə Beynəlxalq
Agentliyin rəsmiləri arasında iki tərəfin yeni əməkdaşlıq çərçivəsi
araşdırılacaq.

Trend-in
məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Araqçi
yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin
baş direktorunun müavininin rəhbərlik etdiyi heyətlə İran Xarici
İşlər Nazirliyi arasında müzakirə aparılacaq və AEBA-nın yoxlama
üçün heç bir proqram nəzərdə tutulmayıb.




Araqçi bildirib ki, İran və AEBA yeni çərçivə üzrə razılaşma
əldə etməyib. Yeni çərçivə üzərində razılaşma əldə olunmadığı
müddətədək əməkdaşlıq başlanmayacaq. Yeni çərçivə mütləq İran
parlamentinin qəbul etdiyi qanun əsasında olacaq.

Qeyd edək ki, 2 iyulda İran prezidenti Məsud Pezeşkian AEBA ilə
əməkdaşlığın dayandırılması üzrə qanunun qüvvəyə minməsinə dair
qərar verib. İran parlamentinin qəbul etdiyi qanuna əsasən, Atom
Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərinin yoxlamalar
keçirmək üçün ölkəyə giriş icazəsi yoxdur. Yalnız İranın Ali Milli
Təhlükəsizlik Şurası ölkənin dinc məqsədli nüvə fəaliyyəti və nüvə
mərkəzlərinin təhlükəsizliyinə zəmanət verildiyini təsdiqlədiyi
halda, agentlik müfəttişlərinin ölkəyə girişinə icazə verilə
bilər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir