Türkiyənin Balıkesir vilayətində yenidən zəlzələ olub

Baş səhifə

Bu gün yerli vaxtla saat 10:26-da Balıkesirin Sındırqı rayonunda 3,9 maqnitudalı zəlzələ qeydə alınıb.

APA Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə istinadən xəbər verir ki, zəlzələ 11,67 km dərinlikdə baş verib.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.

Qeyd edək ki, dünən Türkiyənin Balıkesir vilayətinin rayonunda 6,1 bal gücündə zəlzələdən sonra 4,6, 4,1 və 4 bal gücündə üç əlavə zəlzələ qeydə alınıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir