Tanınmış aparıcı Ukraynada axtarışa verildi –

Baş səhifə

Teleaparıcı və Rusiya Dövlət Dumasının deputatı Anatoli Vasserman 2022-ci ildən etibarən Ukrayna hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib.

Milli.Az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin məlumat bazasında qeyd olunub.

Məlumatda bildirilir ki, Vasserman 2022-ci ilin aprelində axtarışa verilib. O, 2017-ci ildə Rusiya vətəndaşlığını alıb. Ukraynada ona qarşı separatizm maddəsi üzrə cinayət işi açılıb.

Həmçinin, onun adı ekstremist sayılan “Mirotvorets” saytının məlumat bazasında da yer alır.

Fidan
Milli.Az

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir