Birinci yarımildə Azərbaycanda əsas kapitala yatırılan xarici investisiyaların həcmi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatının əsas
kapitalına yatırılan xarici investisiyalar ötən ilin müvafiq dövrü
ilə müqayisədə real ifadədə 28,6% artaraq, 2 milyard manatı
ötüb.

Bu barədə Trend
Azərbaycan İqtisadiyyat Nazirliyinə istinadən məlumat verir.

Bu ilin birinci yarısında özəl investisiyaların həcmi 16,5 faiz
artaraq 4,1 milyard manat təşkil edib. Özəl sektor tərəfindən
qeyri-neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 27,8
faiz artaraq 2,2 milyard manata yaxın olub.




Ümumilikdə, cari ilin birinci yarısında ölkə iqtisadiyyatının
kreditləşdirilməsi 12 faizdən çox artaraq 30,2 milyard manatı
ötüb.

“Aparılan məqsədyönlü iqtisadi islahatlar, əlverişli hüquqi və
institusional mühitin formalaşdırılması nəticəsində Azərbaycanın
investisiya cəlbediciliyi, o cümlədən, xarici və yerli
investorların marağı artmaqda davam edir. Ölkəmizdə həyata
keçirilən uğurlu sosial-iqtisadi strategiyanın nəticələri “Moody’s”
və “Fitch Ratings” kimi beynəlxalq reytinq agentliklərinin son
hesabatlarında da öz təsdiqini tapır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir