
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp paytaxt Vaşinqtonda polis idarəsini
federal nəzarət altına alacağını və Milli Qvardiyanı şəhərə
yerləşdirəcəyini açıqlayıb.
Trend xəbər
verir ki, bu barədə o, bu gün keçirdiyi mətbuat konfransında
deyib.
Prezident bu addımı paytaxtı cinayətlərdən, qan tökülməsindən,
səfalətdən xilas etmək üçün atacağını bildirib.
Tramp Vaşinqtondan başlayacağını, lakin cinayətə qarşı daha
geniş mübarizənin ABŞ-ın digər ərazilərində də aparılacağını
söyləyib.