
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp avqustun 15-də Rusiya Prezidenti
Vladimir Putinlə görüşəcəyini təsdiqləyib.
Trend xəbər
verir ki, bu barədə xarici KİV məlumat yayıb.
“Cümə günü Rusiyaya gedirəm. Putinlə görüşmək niyyətindəyəm”, –
deyə Tramp bildirib.
O, bununla da görüşün Rusiyada baş tutacağını bəyan edib.
Ağ Ev rəhbəri görüşün təfərrüatını açıqlamayıb.
Xatırladaq ki, bundan əvvəl ABŞ və Rusiya liderlərinin avqustun
15-də Alyaskada görüşəcəyi barədə məlumat yayılmışdı.