Kamçatkada 5,2 və 5,5 bal gücündə zəlzələlər baş verib

Baş səhifə

Rusiyanın Kamçatka vilayətində 5,2 və 5,5 bal gücündə zəlzələlər baş verib.

“Report” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

Seysmoloqların fikrincə, ilk zəlzələnin ocağı 11,7 km dərinlikdə, Petropavlovsk-Kamçatskidən 225 km aralıda baş verib.

İkinci zəlzələnin ocağı isə 8,5 km dərinlikdə, Kamçatka şəhərindən 220 km aralıda baş verib. Hələlik zəlzələlərin hiss olunma qabiliyyəti barədə məlumat yoxdur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir