İsrailin baş naziri Norveçə gedəcəyi təqdirdə həbs ediləcək

Baş səhifə

Bakı. Trend:

Norveç İsrailin baş naziri Benyamin Netanyahunun ölkəyə səfər
edəcəyi halda Beynəlxalq Cinayət Məhkəməsinin həbs orderini icra
edəcək.

Trend xəbər verir ki, bunu
“Al Jazeera” telekanalına müsahibəsində Norveç xarici işlər
nazirinin müavini Andreas Motsfeldt Kravik bildirib.




O qeyd edib ki, Norveç hökuməti BCM-nin Netanyahunun həbsi ilə
bağlı qərarından xəbərdardır və İsrail baş naziri Norveç ərazisinə
daxil olarsa, həmin order yerinə yetiriləcək.