
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukrayna münaqişəsinin
həllində əsas məqsədi Rusiya lideri Vladimir Putinlə Ukrayna
Prezidenti Volodimir Zelenskinin görüşünü təşkil etməkdir.
Trend xəbər verir ki, Tramp
bunu Ağ Evdə keçirilən konfransda səsləndirib.
“Yekun məqsəd odur ki, hər ikisi eyni otaqda olsunlar”, – deyə o
vurğulayıb.
Qeyd edək ki, Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin
avqustun 15-də ABŞ-ın Alyaska ştatında görüşəcək.