Monteneqroda meşə yanğını baş verib

Baş səhifə

Bakı. Trend:

Monteneqronun paytaxtı Podqoritsa ətrafında bir neçə yerdə meşə
yanğını baş verib.

Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.

Mıəlumata görə, hazırda ölkənin müxtəlif bölgələrində – Kufin
Bulyariça, Durkoviç, Roge, Piperi, Kuçi, Kokoti, Bar, Budva, Nikşiç
və Savnikdə yanğınlar dava edir, Çanjda isə nəzarət altında alınıb,
Biyelo Polye və Biokovaşda lokallaşdırılıb.




Bəzi ərazilərdə yanğınlar evləri və əmlakı təhlükə altına qoyub.
Qornya Qoritsadakı yanğın səbəbindən Nikşiçə gedən avtomobil yolu
bağlanıb.

Yanğınların söndürülməsi üçün ölkə üzrə bütün mülki müdafiə
qüvvələri səfərbər olunub.