
Bakı. Trend:
Monteneqroda meşə yanğınları sahilə çatıb və artıq Adriatik
dənizinin məşhur turistik ərazilərini təhdid edir.
Trend xəbər
verir ki, bir sıra yaşayış məntəqələri işıqsız qalıb, ölkə
rəhbərliyi Serbiyadan kömək istəyib.
Kömək məqsədi ilə Serbiya Monteneqroya yanğınla mübarizə üçün
təchiz olunmuş Ka-32 helikopterlərini göndərməyə qərar verib.

