İran kommunikasiya xətlərinin blokadadan çıxarılmasını müsbət qarşılayır

Baş səhifə

Bakı. Trend:

İran Azərbaycan və Ermənistan arasında sülhün bərpa olunmasını
və kommunikasiya xətlərinin blokadadan çıxarılmasını müsbət
qarşılayır.

Trend-in
məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Araqçi
bu gün Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla telefon
söhbətində deyib.

Onun sözlərinə görə, hər bir qərar və planda ölkələrin ərazi
bütövlüyü və milli suverenliyinə tam şəkildə riayət
edilməlidir.




Telefon söhbətində Ermənistan xarici işlər naziri Ararat
Mirzoyan Azərbaycan və Ermənistan arasında sülh razılaşması,
regional kommunikasiya xətlərinin blokadadan çıxarılması,
əlaqələrin inkişaf etməsi və bu razılaşmanın icrası üçün növbəti
addımlar haqda iranlı həmkarını məlumatlandırıb.

Mirzoyan deyib ki, Ermənistan İranla qarşılıqlı əlaqələrin
inkişaf etdirilməsini diqqət mərkəzində saxlayır və bu əlaqələrə
böyük önəm verir.