
Bakı. Trend:
İranda bəzi Kütləvi İnformasiya Vasitələrində və sosial şəbəkədə
Zəngəzur dəhlizi çox qəribə şəkildə təqdim olunur və İranın şimal
sərhədlərini itirməsi kimi qiymətləndirilir.
Trend-in
məlumatına görə, bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani bu
gün (12 avqust) Tehranda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ümumiyyətlə söhbət olunan Zəngəzur məsələsi
İranın şimalında çox kiçik bir hissədədir.
Mohacerani qeyd edib ki, İran davamlı şəkildə bölgədə sabitliyin
bərpa olunması, ölkələrin ərazi bütövlüyü və suverenliyin
qorunmasını diqqət mərkəzində saxlayır.
Mohacerani qeyd edib ki, əlbəttə İran heç vaxt qonşu ölkələrə
əcnəbi qüvvələrin gəlməsinə sevinmir. Məsələlər diqqətli şəkildə
izlənilməkdədir. Regionun özünün öz sabitliyini yaratması daha
yaxşı seçim hesab olunur.

