AHİK yollayışların dəyərinin neçə faizini qurumun və vətəndaşın ödədiyini açıqlayıb

Baş səhifə

Azərbaycanda istirahət məqsədilə verilən yollayışların ümumi dəyərini 15 %-i müraciət edən, 85 %-ni isə həmkarlar təşkilatı ödəyir.

“Report” xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədrinin müşaviri Elkiyar Ziyadov deyib.

Onun sözlərinə görə, müalicə məqsədli arayış alan şəxs isə ayrılıqda 15 %-ni özü ödəyir:

“Əgər arayış alan həyat yoldaşı ilə getmək istəyirsə, həmin şəxs AHİK-ə üzvdürsə, əmək pensiyaçıdırsa, sosial sığorta ödəyicisidirsə, onda 15 % ödəyir. Yox, əgər bu 3 hal yoxdursa, onda həmin şəxsin həyat yoldaşı 50% ödəyir. Qalanı isə AHİK tərəfindən ödənilir”.

MƏLUMAT YENİLƏNİR…

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir