“Bayer 04” Niderland klubunun futbolçusunu transfer edib

Baş səhifə

Almaniyanın “Bayer 04” klubu yeni futbolçu transferini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisi məlumat yayıb.

Niderlandın AZ (Alkmar) komandasından Ernest Poku heyətə cəlb olunub. 21 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Niderlandın aşağı yaş qruplarından ibarət millilərində çıxış etmiş oyunçu ötən mövsüm AZ forması ilə 42 matçda 3 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir