
Bakı. Trend:
İspaniyada güclü meşə yanğınları Madrid əyalətinə daxil olan
Tres-Kantos şəhərinə çatıb.
Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, Tres-Kantos şəhərində yanğınlar səbəbindən
mərkəzə bitişik iki yaşayış məntəqəsini təxliyə etmək zərurəti
yaranıb. Qısa müddət ərzində qızmar hava və güclü külək yanğının
Soto-de-Vinuelas və Fuente-del-Fresno şəhərlərinin yaşayış
məntəqələrinə yayılmasına səbəb olub.
Yanğın səbəbindən bir nəfərin yaralandığı təsdiqlənib və onun
98% yanıq xəsarətləri ilə La-Pasadakı xəstəxanaya çatdırıldığı
bildirilib.