Almaniya çempionu olmuş hücumçu İspaniyada klubunu dəyişib

Baş səhifə

“Bayer 04” klubu ilə Almaniya çempionu olmuş Borxa İqlesias İspaniyanın “Selta” komandasına keçib.

“Report” xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Betis”dən ayrılan 32 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, hücumçu son mövsümü də icarə əsasında “Selta”da keçirib. Forvard 2023/2024 mövsümündə “Bayer 04″lə Almaniya Bundesliqasının və ölkə kubokunun qalibi olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir