Azərbaycanda II dərəcəli güləş hakimlərinin sayı 8-ə çatıb

Baş səhifə

Azərbaycanda II dərəcəli güləş hakimlərinin sayı 8-ə çatıb.

Federasiyadan “Report”a verilən məlumata görə, İtaliyanın Kaorle şəhərində keçirilən U-15 Avropa çempionatında ölkəmizi təmsil edən Kənan Hacıəliyev və Sevinc Yusibova Dünya Güləş Birliyi tərəfindən təşkil olunan imtahanlardan uğurla keçiblər.

Onlar beynəlxalq kateqoriyalarını artıraraq II dərəcəyə yüksəliblər

Bununla da ümumilikdə 8 azərbaycanlı hakim II kateqoriyaya yüksəlib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir