Baş nazir Rusiyanı Kiyev və Varşavanı qarşı-qarşıya qoymağa cəhddə ittiham edib

Baş səhifə

Polşanın Baş naziri Donald Tusk bildirib ki, Rusiya Ukrayna ilə münaqişənin son mərhələsində Kiyev və Varşavanın arasını vurmağa çalışır.

“Report” xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında yazıb.

“Ukrayna müharibəsinin sonu yaxınlaşır, buna görə də Rusiya Kiyevlə Varşavanı qarşı-qarşıya qoymaq üçün hər şeyi edir. Ukraynalıların Polşaya qarşı neqativ jestləri və Polşada anti-Ukrayna əhval-ruhiyyəsinin qızışdırılması Putinin xarici agentlər və yerli axmaqlar tərəfindən həyata keçirilən ssenarisidir”, – o vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir