Azərbaycan Mərkəzi Bankı 2 ödəniş təşkilatına icrası məcburi göstəriş verib

Baş səhifə

Azərbaycan Mərkəzi Bankı (AMB) 2 ödəniş təşkilatına – “Tiko Azərbaycan” və “Greentek Group” MMC-lərə icrası məcburi göstəriş verib.

“Report” bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bu addım “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nın 4.3-cü bəndləri ilə əlaqəli məcmu kapitalın minimum miqdarına olan tələbin pozuntusu halının aradan qaldırılması, habelə daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi ilə bağlı “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanununun 63.1-ci maddəsinin tələbləri rəhbər tutularaq atılıb.

Spread the love
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir