Fransada isti havaya görə bəzi qatarların hərəkəti dayandırılıb

Baş səhifə

Bakı. Trend:

Fransada davam edən anomal istilər dəmir yolu nəqliyyatında
çətinliklər yaradıb.

Trend xəbər
verir ki, Fransa Dəmir Yolları Şirkəti növbəti iki gün ərzində
əyalətlərdən paytaxt Parisə gələn qatarların işləməyəcəyini
açıqlayıb.

Bu addımın həmin qatarların soyutma sistemində yarana biləcək
nasazlıqların qarşısını almaq məqsədilə atıldığı bildirilib.




Bu qərar sərnişinlər arasında narazılığa səbəb olub. “CGT
Cheminot-Auvergne-Nivernais” həmkarlar ittifaqı xəbərdarlıq edib
ki, yüzlərlə sərnişin platformalarda gözləməyə məcbur olacaq. Bunun
məsuliyyəti isə Fransa Dəmir Yolları Şirkətinin üzərindədir.

Xatırladaq ki, bu şirkət ötən həftə də Fransada bir sıra
qatarların hərəkətini müvəqqəti dayandırmışdı.