Çempionlar Liqası: “Qarabağ” – “Şkendiya” oyununda hesab açılıb – YENİLƏNİB

Baş səhifə

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ” – “Şkendiya” (Şimali Makedoniya) oyununda ikinci qol vurulub.

“Report” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən matçda Ağdam təmsilçisi hesabı bərabərləşdirib – 1:1.

15-ci dəqiqədə qonaqların heyətində Klisman Keyk avtoqol müəllifi olub.

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ” – “Şkendiya” (Şimali Makedoniya) oyununda ilk qol vurulub.

“Report” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən matçda qonaqlar hesabı açıblar.

10-cu dəqiqədə Fabris Tamba fərqlənib.

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ” – “Şkendiya” (Şimali Makedoniya) matçı start götürüb.

“Report” xəbər verir ki, cavab qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Görüşü niderlandlı referi Danni Makkeli idarə edir. Skopyedəki ilk oyunda Azərbaycan çempionu 1 cavabsız qolla qalib gəlib.

FOTO: Məhəmməd Ağayev