Çempionlar Liqası: “Qarabağ” “Şkendiya” ilə oyunda fərqi artırıb – YENİLƏNİB-4

Baş səhifə

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ” – “Şkendiya” (Şimali Makedoniya) oyununda beşinci qol vurulub.

“Report” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən matçda Ağdam təmsilçisi hesab arasındakı fərqi bir qədər də artırıb – 4:1.

35-cü dəqiqədə Marko Yankoviç kobud oyuna görə təyin olunan penaltini qola çevirib.

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ” – “Şkendiya” (Şimali Makedoniya) oyununda dördüncü qol vurulub.

“Report” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən matçda Ağdam təmsilçisi hesab arasındakı fərqi artırıb – 3:1.

33-cü dəqiqədə Nəriman Axundzadə dəqiq zərbə müəllifi olub.

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ” – “Şkendiya” (Şimali Makedoniya) oyununda üçüncü qol vurulub.

“Report” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən matçda Ağdam təmsilçisi hesabda irəli çıxıb – 2:1.

18-ci dəqiqədə Kadi Borges adını tabloya yazdırıb.

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ” – “Şkendiya” (Şimali Makedoniya) oyununda ikinci qol vurulub.

“Report” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən matçda Ağdam təmsilçisi hesabı bərabərləşdirib – 1:1.

15-ci dəqiqədə qonaqların heyətində Klisman Sake avtoqol müəllifi olub.

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ” – “Şkendiya” (Şimali Makedoniya) oyununda ilk qol vurulub.

“Report” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən matçda qonaqlar hesabı açıblar.

10-cu dəqiqədə Fabris Tamba fərqlənib.

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ” – “Şkendiya” (Şimali Makedoniya) matçı start götürüb.

“Report” xəbər verir ki, cavab qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Görüşü niderlandlı referi Danni Makkeli idarə edir. Skopyedəki ilk oyunda Azərbaycan çempionu 1 cavabsız qolla qalib gəlib.

FOTO: Məhəmməd Ağayev