Türkiyədə silahlı atışma baş verib

Baş səhifə

Bakı. Trend:

Türkiyənin Qaziantep vilayətində uzun müddət davam edən ədavət
silahlı atışmaya səbəb olub.

Trend-in
məlumatına görə, hadisə Şahinbəy rayonu, Günəş məhəlləsində baş
verib. İddialara görə, iki qrup arasında mübahisə başlayıb və qısa
zamanda dava silahlı atışmaya çevrilib.




Xilasedicilər 9 yaralıya ilkin tibbi yardım göstərərək, onları
müxtəlif xəstəxanalara çatdırıblar. Yaralılardan üçünün
vəziyyətinin ağır olduğu bildirilir.

Polis hadisə ilə bağlı genişmiqyaslı araşdırmalara başlayıb və
çox sayda şəxsi saxlayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir