
Bakı. Trend:
Çin və Hindistan arasında 2020-ci ildə dayandırılan birbaşa
uçuşların sentyabrın əvvəlində bərpa ediləcəyi gözlənilir.
Trend-in
Bloomberg-ə istinadən verdiyi məlumata görə, Hindistan hakimiyyəti
artıq aviaşirkətlərdən Çinə uçuşlar təşkil etməyə başlamağı xahiş
edib.
İki ölkə arasında hava nəqliyyatının rəsmi bərpası avqustun
sonunda Çində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT)
sammitində elan oluna bilər.
2020-ci ildə Yeni Dehli və Pekin arasındakı münasibətlər ərazi
mübahisəsi səbəbindən pisləşib, Ladaxın yüksək dağlıq bölgəsində,
Qalvan çayı ərazisində hərbi toqquşmalar baş vermişdi.