
Kamçatka yarımadasında 8,8 maqnitudalı güclü zəlzələdən sonra afterşok prosesi davam edir.
APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Mütəxəssislər son 24 saat ərzində 37 seysmik hadisə qeydə alıblar.
Agentlik bildirir ki, 24 saat ərzində 37 afterşok baş verib, yaşayış məntəqələrində isə onlardan dördü 2-dən 3 bal gücündə hiss olunub.

