İtaliyada 16 şəhərdə qırmızı hava xəbərdarlığı elan olundu

Baş səhifə

Bakı. Trend:

İtaliyada Afrika antisiklonunun güclənməsi səbəbindən qarşıdakı
iki gün ərzində 16 şəhərdə qırmızı hava xəbərdarlığı qüvvəyə
minib.

Trend-in
məlumatına görə, xəbərdarlıq paytaxt Roma ilə yanaşı Bolonya,
Bolzano, Breşiya, Kampobasso, Florensiya, Frozinone, Genuya,
Latina, Milan, Peruccia, Rieti, Turin, Venesiya, Verona və
Viterboya şamil edilir.




Sinoptiklər havanın temperaturunun 40 dərəcəni keçəcəyini
proqnozlaşdırır. Xroniki, xüsusilə ürək xəstələri və həssas
insanların daha diqqətli olmaları tövsiyə edilir. Əhaliyə kölgəli
yerlərdə qalmaq və günorta saatlarında küçəyə çıxmamaq məsləhət
görülür.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir