İran XİN-in Amerika üzrə Departamentinə qadın başçılıq edəcək

Baş səhifə

Bakı. Trend:

Zəhra Erşadi İran Xarici İşlər Nazirliyinin Şimali və Cənubi
Amerika üzrə Departamentinin baş direktoru təyin olunub.

Trend-in
məlumatına görə, bununla əlaqədar İran xarici işlər naziri Seyid
Abbas Araqçi qərar verib.




Zəhra Erşadi bundan öncə İranın Nyu-Yorkdakı daimi
nümayəndəliyinin rəhbər müavini və səfiri vəzifəsində çalışıb.

İran xarici işlər naziri həmçinin Əlirza Hedayətpuru Xarici
İşlər Nazirliyinin İctimai Diplomatiya Mərkəzinin direktor müavini
və Əlirza Miryusifini həmin mərkəzin direktorunun əcnəbi KİV-lər
üzrə müavini təyin edib.