
Şair Ümid Nəccari Qazaxıstanın “Abay Kunanbayev-180” Beynəlxalq Ədəbiyyat Festivalı çərçivəsində Qazaxıstanın Şakərim Universitetinin fəxri professoru adına layiq görülüb.
APA xəbər verir ki, Avropanın Beynəlxalq Mihai Eminescu Akademiyasının, TÜRKSOY-un və Özbəkistan, Türkiyə, Qazaxıstan Yazarlar Birliklərinin nümayəndələrinin iştirakı ilə universitetin əməkdaşları tərəfindən fəxri professor diplomu laureata təqdim olunub.
Qeyd edək ki, Ümid Nəccari APA İnformasiya Agentliyinin əməkdaşıdır.