Azərbaycanın voleybol millisi bu gün növbəti oyununu keçirəcək

Baş səhifə

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa bu gün çıxacaq.

“Report”un məlumatına görə, yığma səfərdə Belçika ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi avqustun 16-da Avstriyanı qəbul edəcək. Komanda daha əvvəl evdə Belçikaya, səfərdə Avstriyaya 0:3 hesabı ilə uduzub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir