
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ABŞ Dövlət Departamentinin Dini Azadlıqlar Komissiyasının komissarı Məhəmməd Elsanusi ilə Vaşinqtonda Azərbaycan-Ermənistan arasındakı razılaşmalar barədə müzakirələr aparıb.
“Report” xəbər verir ki, görüş Cənubi Afrikanın Keyptaun şəhərində G20 Sammiti ərəfəsində keçirilən Dinlərarası Forum çərçivəsində baş tutub.
QMİ sədri bu razılaşmalarda ABŞ Prezidenti Donald Trampın rolunu vurğulayıb. M.Elsanusi Azərbaycanın dünyada dinlərarası dialoq və əməkdaşlıq müstəvisində fəal rolunu vurğulayaraq, Bakıda keçirilən Dini Liderlərin II Sammitində və BMT Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak etdiyini qeyd edib.
Danışıqlar zamanı həmçinin Azərbaycandakı dini konfessiyaların ABŞ-yə səfəri və Dini Azadlıqlar Komissiyası ilə ünsiyyət perspektivi müzakirə edilib. A.Paşazadə dini azadlıqlara dair hesabatlar hazırlanarkən Azərbaycandakı reallıqlara əsaslanmanın vacibliyinə vurğu edib.
QMİ sədri Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzinin İdarə Heyətinin sədri dr.İbrahim Salih əl-Nəimi Azərbaycanın dinlərarası və məzhəblərarası modelini müzakirə edib. Qafqaz Müsəlmanları İdarəsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzi ilə səmərəli əməkdaşlığı inkişaf etdirmək niyyəti qeyd edilib.
Forum çərçivəsində QMİ sədri Müsəlman Ağsaqqalları Şurası (MAŞ) Baş Katibinin müşaviri Adama Dienq və MAŞ Baş Katibinin məsləhətçisi Məhəmməd Bəhr, Özbəkistan nümayəndə heyəti ilə görüşüb.
MƏLUMAT YENİLƏNİR