
Bakı. Trend:
Avropa “üçlüyü” (Böyük Britaniya, Fransa və Almaniya) İran
tərəfindən ABŞ və beynəlxalq dairələrlə nüvə məsələsi üzrə
müzakirələr yenidən başlanmadığı halda İrana qarşı sanksiyalara
bərpa etməyə hazır olduqlarını bəyan ediblər.
Bu barədə Trend
xarici KİV-ə istinadən məlumat verib.
Avropa üçlüyü xarici işlər nazirləri 12 avqustda BMT baş katibi
Antonio Quterreşə məktub ünvanlayıblar.
“Tam şəffaf şəkildə bildiririk ki, İran avqust sonunadək
diplomatik yolu qəbul etməzsə və yaxud yaradılan vaxt imkanından
istifadə etməzsə, Avropa üçlüyü “Snapback” mexanizmini
aktivləşdirməyə hazırdır”, – məktubda qeyd olunur.
Xatırladaq ki, 2016-cı il yanvar ayında İranın nüvə proqramı ilə
əlaqədar İran və 5+1 qrupu (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və
Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı icra olunub.
2018-ci ilin may ayında ABŞ bu plandan çıxdığını bəyan və həmin
ilin noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib. İran
2020-ci ildə nüvə sazişində İranın hər hansı məhdudiyyətinin
olmayacağını elan edib.
Qeyd edək ki, Hərtərəfli Birgə Fəaliyyət Planının 36 və 37-cü
müddəalarına əsasən, plana üzv ölkələrdən birinin başqa bir tərəfin
planı pozmağa dair şikayəti əsasında müxtəlif mərhələlər başlanır.
Mərhələlər nəticəyə çatmadığı halda, şikayət edən ölkə məsələni BMT
Təhlükəsizlik Şurasında irəli sürə bilər. İrandan şikayət BMT
Təhlükəsizlik Şurasında irəli sürüldüyü və qəbul edildiyi halda,
İran əleyhinə beynəlxalq sanksiyalar yenidən qüvvəyə minə bilər.
Üstəlik BMT Təhlükəsizlik Şurası üzvlərinə İran əleyhinə hərbi
əməliyyat icazəsi verir.