“Avropa üçlüyü” İrana qarşı sanksiyaları bərpa etməyə hazır olduğunu BMT-yə bildirib

Baş səhifə

“Avropa üçlüyü” (Britaniya, Fransa, Almaniya) İrana qarşı “Snapback” mexanizminin işə saxlamağa hazır olduqlarını BMT-yə bildirib.

APA AFP-yə istinadən xəbər verir ki, “Avropa üçlüyü” İranla avqustun sonuna qədər razılaşma əldə olunmayacağı təqdirdə, Tehrana qarşı sanksiyalar tətbiq edəcəklərini BMT-yə rəsmi şəkildə bəyan ediblər.

Britaniya, Fransa və Almaniya BMT-yə ünvanlanan məktubda İranın nüvə silahına çatmamağı üçün bütün diplomatik yollardan istifadə etməyə hazır olduqlarını vurğulayıblar.

Qeyd edək ki, İran daha əvvəl “Snapback” mexanizminin işə düşəcəyi halda buna kəskin reaksiya verəcəyi ilə bağlı xəbərdarlıq etmişdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir