
Bakı. Trend:
Avqustun 13-də keçirilən ticarət sessiyasında türk lirəsinin
məzənnəsi yeni tarixi rekorda imza atıb.
Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, ticarət sessiyasının əvvəlindən etibarən lirə
0.09% dəyər itirərək dollar qarşısında 40.74 səviyyəsinə düşüb. Ən
aşağı göstəriciyə görə, 1 ABŞ dolları 40.7455 lirəyə bərabər
olub.
Son bir həftə ərzində türk lirəsinin məzənnəsində 0.15%-lik eniş
qeydə alınıb.
İllik müqayisədə isə valyuta 21%-dən çox zəifləyib.
Qeyd edək ki, beş il öncə dollar cəmi 7.3 lirəyə
dəyişdirilib.