Azərbaycan və Şərqi Qazaxıstan ticarət, turizm və kənd təsərrüfatı sahələrində əməkdaşlığı genişləndirəcək

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və Şərqi Qazaxıstan vilayəti (ŞQV) ticarət, turizm,
sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlığı inkişaf
etdirməyi planlaşdırır.

Trend xəbər verir ki, bu
barədə Qazaxıstan Respublikasının Azərbaycandakı səfirliyi məlumat
yayıb.

Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Şərqi Qazaxıstan
vilayətində işgüzar səfərdə olub, burada vilayətin akimi Nurımbet
Saktağanov ilə görüşüb.

Görüş zamanı A.Bayel Şərqi Qazaxıstan regionunun qarşılıqlı
ticarətin, sənaye kooperasiyasının və kənd təsərrüfatının inkişafı
baxımından Azərbaycan üçün maraqlı olduğunu qeyd edib.

“Bu il Qazaxıstan Azərbaycanın əsas buğda tədarükçüsü olub,
ölkənin taxıl idxalının 85%-ni təmin edib”, – diplomat görüş zamanı
bildirib.




Diplomat eyni zamanda, Şərqi Qazaxıstanın məşhur olduğu
günəbaxan yağının qardaş ölkəyə ixracının da yaradılmasını təklif
edib. Bayel günəbaxan emalı üzrə birgə müəssisənin yaradılması
təşəbbüsü ilə çıxış edib. Səfir həmçinin bildirib ki, Şərqi
Qazaxıstanın bir sıra sahibkarları tezliklə Azərbaycanın
supermarket şəbəkələrinə bal tədarük etməyə başlayacaqlar.

Öz növbəsində rayonun akimi Nurımbet Saktağanov qeyd edib ki,
ŞQV ilə Azərbaycan arasında bu sahələrdə birgə layihələrin həyata
keçirilməsi perspektivləri var.

“Şərqi Qazaxıstan sahibkarlarının Azərbaycan bazarına təklif
edəcəyi bir şey var. Coğrafi yaxınlığı, ölkələrimiz arasında mədəni
əlaqələri və Şərqi Qazaxıstanın turizm imkanlarının müxtəlifliyini
nəzərə alaraq, region Azərbaycandan gələn turistlərə müalicəvi
istirahətləri təklif etməyə hazırdır”, – o deyib.

N.Saqtağanov rayonun mədən sənayesində böyük potensiala da
diqqət çəkib. Görüşün sonunda həmsöhbətlər konkret layihələrin
həyata keçirilməsi üzərində işləmək barədə razılığa gəliblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir