London klubunun yeni kapitanı bəlli olub

Baş səhifə

İngiltərənin “Tottenhem” klubunun yeni kapitanı bəlli olub.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə London təmsilçisinin baş məşqçisi Tomas Frank açıqlama verib.

Mütəxəssis Son Hın Minin klubdan ayrılmasından sonra kapitanlıq sarğısını Kristian Romeroya vermək qərarına gəldiyini söyləyib.

Qeyd edək ki, Romero 2022-ci ildən “Tottenhem”də çıxış edir. O, ötən mövsüm komanda ilə Avropa Liqasının qalibi olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir