Livan Prezidenti: Üçüncü ölkələrin daxili siyasətimizə hər hansı təsirinə yol verməyəcəyik

Baş səhifə

Livan üçüncü ölkələrin öz daxili siyasətinə hər hansı təsirinə yol verməyəcək.

“Report” LBCI telekanalına istinadən xəbər verir ki, bunu Livan Prezidenti Jozef Aun Beyrutda İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ilə görüşündə bildirib.

“Livan digər ölkələrin, o cümlədən İranın suverenliyinə hörmət edir və buna görə də daxili işlərimizə hər hansı müdaxiləni qəbul etmir”, – o qeyd edib.