Naxçıvanda kənd təsərrüfatı istehsalı 1 %-dən çox azalıb

Baş səhifə

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 210,6 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunub.

Bu barədə “Report”un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 % azdır.

8 ay ərzində muxtar respublikanın aqrar sektorunda 104,1 milyon manatlıq bitkiçilik məhsulları, 106,5 milyon manatlıq heyvandarlıq məhsulları istehsal olunub.