Limonu evdə belə istifadə edin –

Baş səhifə

Limon mətbəxdə təkcə yeməklərə dad vermək üçün yox, həm də bir çox praktik məqsədlər üçün istifadə oluna bilər.

Milli.Az bunun üçün nümunələri təqdim edir:

Qoxu aradan qaldırmaq üçün – Balıq, soğan və ya sarımsaq doğradıqdan sonra əlləri limonla ovmaq qoxunu aparır.

Kəsici taxtanı təmizləmək üçün – Taxtanın üzərinə duz səpib yarım limonla ovmaq həm mikrobları öldürür, həm də ləkələri aparır.

Soyuducudakı qoxunu götürmək üçün – Bir kasa suya limon dilimləri qoyub soyuducuya yerləşdirmək qoxunu neytrallaşdırır.

Qazan və tavalardakı pas və qaralmanı təmizləmək üçün – Limon suyu və çörək sodası qarışığı ilə ovmaq.




Meyvə və tərəvəzlərin qaralmasının qarşısını almaq üçün – Kəsilmiş almaları, armudları və avokadonu limonlu suda saxlamaq.

Çaydanın içindəki əhəng daşını təmizləmək üçün – Çaydanı su və limon dilimləri ilə qaynatmaq.

Yağlı ləkələri aparmaq üçün – Limon suyu yağlı səthləri təmizləməkdə kömək edir.

Milli.Az