Makron: Tramp Rusiya-ABŞ sammitində Ukraynada atəşkəs əldə etmək niyyətindədir

Baş səhifə

ABŞ Prezidenti Donald Tramp avqustun 15-də Alyaskada keçiriləcək sammitdə Ukraynada atəşkəs əldə etmək niyyətindədir.

“Report”un məlumatına görə, bunu Fransa Prezidenti Emmanuel Makron Avropa liderləri və Trampla onlayn görüşdən sonra bildirib.

“ABŞ Prezidentinin Rusiya Prezidenti ilə Alyaskada keçirəcəyi görüşdə əsas məqsədi atəşkəs istəməkdir”, – Makron deyib.

Fransa lideri Avropanın mövqeyini də xatırladıb və ərazi məsələlərinin yalnız Ukraynanın iştirakı ilə müzakirə edilməli olduğunu bildirib. “Ərazilərin mübadiləsi ilə bağlı heç bir müzakirə aparılmayıb (Trampla onlayn görüşdə – red.)”, – Fransa Prezidenti qeyd edib.

Yeni sanksiyaların tətbiqinin mümkünlüyündən danışan Makron heç nəyin istisna edilmədiyini bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir