
Bakı. Trend:
Avqustun 15-də Alyaskada keçirilən Rusiya-ABŞ sammitində Ukrayna
münaqişəsinin sülh yolu ilə həllinə dair hər hansı razılıq əldə
olunmasa, Rusiya ciddi nəticələrlə üzləşəcək.
Trend-in
məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp
bildirib.
“Nəticələr ağır olacaq”, – deyə D.Tramp məsələ ilə bağlı sualı
cavablandırarkən deyib.
Lakin Amerika prezidenti hansı “ciddi nəticələrdən” bəhs
etdiyini açıqlamaqdan imtina etdi.

