“bp” 2025-ci ilin birinci yarısında AÇG blokunun istehsal həcmini açıqlayıb

Baş səhifə

Bakı. Trend:

2025-ci ilin birinci yarısında Azərbaycanda
“Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda orta gündəlik hasilat
təqribən 327 min barel/gün təşkil edib.

Bu barədə Trend “bp” şirkətinə istinadən məlumat verib.

Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin eyni dövründə bu rəqəm
sutkada 336 min barel olub.

Beləliklə, AÇG-də hasilat illik göstəricisi üzrə 2,7%
azalıb.




“AÇG 2025-ci ilin birinci yarısında təhlükəsiz və sabit hasilatı
davam etdirib. Ümumi hasilat orta hesabla sutkada təxminən 327 min
barel olub — bu isə təxminən 59 milyon barel və ya 8 milyon ton
deməkdir. Platformalar aşağıdakı göstəriciləri təmin edib: Çıraq –
21 000 barel, Mərkəzi Azəri – 86 000 barel, Qərbi Azəri – 75 000
barel, Şərqi Azəri – 42 000 barel, dərinsulu Günəşli – 54 000
barel, Qərbi Çıraq – 24 000 barel, 24 000 barel”. – deyə şirkətin
açıqlamasında bildirilib.

Qeyd edək ki, Hasilatın Pay Bölgüsü Müqaviləsi tərəfləri adından
AÇG blokunun operatoru qismində “BP Exploration (Caspian Sea)
Limited” şirkəti çıxış edir.

Layihədə paylar aşağıdakı kimi bölüşdürülüb: bp – 30,37%, SOCAR
– 31,65%, MOL – 9,57%, INPEX – 9,31%, ExxonMobil – 6,79%, TPAO –
5,73%, ITOCHU – 3,65%, ONGC Videsh – 292%.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir