Almaniya ABŞ-NATO mexanizmi vasitəsilə Ukraynaya dəstək paketini maliyyələşdirəcək

Baş səhifə

Bakı. Trend:

Almaniya ABŞ prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark
Rutte tərəfindən iyulun 14-də işə salınan yeni PURL (Prioritised
Ukraine Requirements List) mexanizmi vasitəsilə Ukraynaya dəstək
paketinin maliyyələşdirilməsində iştirak edəcək.

Trend-in
məlumatına görə, bu barədə Almaniya Müdafiə Nazirliyi və Almaniya
Xarici İşlər Nazirliyinin birgə bəyanatında deyilib.

Mexanizmə əsasən, NATO müttəfiqləri Amerikanın ehtiyatlarından
Ukrayna üçün silah alırlar.




“Almaniya digər müttəfiqləri ilə birlikdə PURL mexanizmi
çərçivəsində [Ukrayna üçün] ümumilikdə 500 milyon dollara qədər ilk
hərtərəfli dəstək paketlərindən birini maliyyələşdirməyə hazırdır”,
– deyə bəyanatda bildirilib.

Bildirilib ki, dəstək paketlərinə ya Avropa sənayesi tərəfindən
istehsal olunmayan, ya da Avropalı tərəfdaşlar və ya Kanadadan daha
tez ABŞ tərəfindən təmin oluna bilən hərbi texnika daxildir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir